YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəruri addımlar atılır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək üçün çox münbit iqlim, həm də təbii şərait mövcuddur. Bu baxımdan, bu ərazilərdə həm maldarlığı, həm də bitkiçiliyi inkişaf etdirmək imkanlar var. Biz əlbəttə ki, bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik.

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı qeyd edib ki, azad edilmiş torpaqlarda biz taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq: “Əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdır. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdir. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın, Bazarçayın suyundan istifadə edə bilmirdik. Bu, azad edilmiş torpaqlarda əsas çaylardır. Amma o çayların sayı daha çoxdur”.

30 ilə yaxın işğal altında qalan ərazilərin Azərbaycanın iqtisadiyyatına vurduğu zərər milyardlarla dollardan artıq olub. Dövlət başçısı qeyd edib ki, işğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İşğaldan azad olunan ərazilərin inkişaf etdirilməsi üçün ilkin zəruri addımlar atılır. İlk növbədə, ərazidə minatəmizləmə işləri aparılır. Ölkəmiz Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində qısa zaman ərzində qarşıya qoyulan hədəflərə nail olacaq.