YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Azər Şəmilovun xatirəsi anılıb

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən Vətən oğullarından biri olan şəhid Şəmilov Azər Elyas oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin birinci müavini Elvin Umudov, RİH-in məsul işçiləri, partiya fəalları şəhidin məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə şəhid Azər Şəmilovun şərəfli döyüş yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Azər Şəmilov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.