YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Ölkəmizin sürətli inkişafı, xüsusən biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan elmi qarşısında yeni vəzifələr qoyur

«Bu gün Azərbaycanın inkişafı uğurla davam edir. Ölkəmizin belə sürətli inkişafı, xüsusən biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan elmi qarşısında yeni vəzifələr qoyur». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, AMEA-nın strukturunun, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirilməsi, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası, maliyyələşmənin yeni əsaslar üzərində təşkili, beynəlxalq elmi əlaqələrin inkişafı, yüksək ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, elmin təbliği, populyarlaşdırılması və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub. Onun sözlərinə görə, Akademiyanın strukturunun müasir dünya elminin inkişaf tendensiyalarına və ölkəmizin maraqlarına uyğun yenidən qurulması ötən il həyata keçirilən islahatların mühüm bir hissəsini təşkil edib.

«“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın tələblərinə uyğun olaraq Azərbaycan elminin üzərinə düşən vəzifələrin icrasını davam etdirməli, biliklər iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanan elmi potensialı daha da gücləndirməli, Azərbaycan alimlərinin dövlətimizin inkişafında yaxından iştirak etməsinə nail olunmalıdır»- deyə, AMEA-nın prezidenti vurğulayıb.