YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Hüseyn Tağıyevin məzarı ziyarət olunub

44 günlük Vətən müharibəsi şəhidi Tağıyev Hüseyn Oqtay oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri II Fəxri xiyabanda Hüseyn Tağıyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Hüseyn Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.