YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda şəhid Elməddin Nəsibovun əziz xatirəsi yad edilib

Qazaxda İkinci Qarabağ müharibəsi şəhidi Nəsibov Elməddin Yusif oğlunun doğum günündə xatirəsi ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının nümayəndələri, partiya fəalları rayonun Ağköynək kənd qəbiristanlığında uyuyan şəhidin məzarını ziyarət edib, üzərinə tər qərənfillər düzüb və ruhuna dualar oxuyublar.

Mərasimdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsi zamanı böyük zəfər qazandıq. O, igidlərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıb. A.Nəbiyevin sözlərinə görə, “Qisas” əməliyyatı bir daha sübut etdi ki, müzəffər Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa qadirdir.

Qeyd edək ki, Elməddin Nəsibov 2020-ci il oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərənxamalrına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.