YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi beynəlxalq sərgidə 184 adda məmulat nümayiş etdirəcək

Mayın 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində “İDEF-2015” Beynəlxalq Müdafiə Sənayesi sərgisi və konfransı keçiriləcək. Dörd gün davam edəcək sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 184 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgi ilə əlaqədar müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq. “İDEF-2015” sərgisi çərçivəsində Y.Camalovun Türkiyənin və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Sərgidə dünyanın 59 ölkəsindən 600-dən çox şirkətin iştirakı gözlənilir.