YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının “Zirə qəsəbəsi S.Ə.Şirvani 2” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Təsis konfransında çıxış edən Azərişıq ASC-nin Xəzər rayonu Zirə Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Rasim Həsənov bildirib ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin kollektivi işgüzar, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşlarla komplektləşdirilib və onların əksəriyyəti YAP-a üzv olmaq arzusundadır. O, həmçinin YAP-ın yaranması, keçdiyi inkişaf yolu haqqında geniş məlumat verərək qeyd edib ki, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək yaradılan partiya ötən 30 ildə çox inkişaf yolu keçərək Azərbaycan xalqına və dövlətçiliyinə ləyaqətlə xidmət edib.

YAP Xəzər rayon təşkilatının məsul əməkdaşı Hafis Tağıyev partiyanın VII qurultayından bu günə qədər görülmüş işlər, aparılan islahatlar və  qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Azərbaycanın əldə etdiyi uğurlarda YAP-ın böyük rolu olduğunu vurğulayan Hafis Tağıyev bildirib ki, bu gün partiyanın ideyaları, fəaliyyəti xalqımız tərəfindən dəstəklənir.

Daha sonra təşkilatı məsələlərə baxılıb.