YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənilərdən alət kimi istifadə edirlər

«Uydurma «erməni soyqırımı» ilə bağlı Ermənistanda keçirilən tədbirdə Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının iştirakı təəssüf doğurur». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Fransa və Rusiyanın dövlət başçısı səviyyəsində bu tədbirdə iştirakı işğalçı Ermənistana dəstəkdir. Onun sözlərinə görə, tarixin bilərəkdən saxtalaşdırmaq cəhdi siyasi məqsədlər daşıyır.

«Bəzi dövlətlər geosiyasi maraqlarına görə, ermənilərdən alət kimi istifadə edirlər. Bu səbəbdən də, Azərbaycanın torpaqlarının işğaldan azad olunması üçün təcavüzkar Ermənistana qarşı ciddi tədbirlər görülmür. Təəssüf ki, dünyada ədalətizlik hələ də davam edir. Belə getsə, Azərbaycan problemi öz gücünə həll etməli olacaq»- deyə, E.Məmmədov qeyd edib.