YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə həyata keçirilən islahatlar müzakirə olunub

İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı “M.Əsədov” ərazi partiya təşkilatı tərəfindən tədbir keçirilib. Tədbirdə ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşkilat nümayəndələri, İmişli RİH-in əməkdaşları, partiya fəalları iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanın iqtisadi və sosial sahələrdə qazandığı nailiyyətlərin, uğurların miqyası durmadan genişlənir. Ölkənin iqtisadi və müdafiə qüdrəti, elmi-texniki inkişafı, bütün sahələrdə tərəqqisi onu regionun öncül dövlətləri sırasına çıxarıb.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə şərait yaradır. Natiqlər Prezident İlham Əliyevin vətəndaşların problemləri ilə əlaqədar onlarla gündəlik ünsiyyətdə olan dövlət məmurların qarşısında ciddi vəzifələr qoymasından söhbət açıblar.