YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı yüksək inkişaf səviyyəsindədir

«Azərbaycan iqtisadiyyatı yüksək inkişaf səviyyəsindədir. Yaxın zamanlarda Azərbaycanda yüzlərlə sənaye sahələri yaradılacaq, yeni-yeni iş yeri açılacaq». Bu fikirləri Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, yeni iş yerlərinin yaradılması, iş sahəsində yeni məsələlər ortaya qoyur. Onun sözlərinə görə, əməyin mühafizəsinə ciddi diqqət yetirilməlidir.

«Hesab edirəm ki, ölkəmizdə artıq Əmək Fondunun yaradılmasına ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilən qərarlar da  təqdirəlayiqdir. Görülən işlər insanların mənafeyinə xidmət edir»- deyə, komitə sədri vurğulayıb.