YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu kadr islahatları idarəetmədə səmərəliliyi artırır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət çərçivəsində struktur və kadr islahatları da xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, məhz  idarəetmədə səmərəliliyi artırmaq məqsədilə islahatlar həmin sahəni də əhatə edib. Prezident tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə idarəetmə sahəsində də yeni yanaşmanın tətbiqi mühüm məsələ olub. Belə uğurlu islahatların davamı kimi son illər ərzində  struktur islahatları dərinləşdi və kadr dəyişikliklərinə başlandı. Sevindirici haldır ki, hazırda Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı dövlətimizin başçısı tərəfindən çox böyük uğurla həyata keçirilir. Bütün uğurlu inkişaf fonunda müşahidə etsək görərik ki,  müdrik siyasətimiz xalqımız tərəfindən tam şəkildə dəstəklənir.

Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük nailiyyətlərlə davam edir. Ümumilikdə sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik templi inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.

Bir neçə gün öncə Prezident tərəfindən Göygöl, Lerik və Masallı rayonlarına icra başçıları vəzifəsinə təyinat zamanı dövlət başçısı xüsusi məqamlara toxunmuş, eyni zamanda məmurların öz vəzifə borclarını vicdanla, düzgün icra etməsi istiqamətində ciddi tapşırıqlar verilib. Azərbaycanın uğurlu inkişafını geniş və məzmunlu çıxışında diqqətə çatdıran Prezident qeyd etdi ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb: “İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdır. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilib, minlərlə minik maşınları verilib. Bu proses davam etdirilir. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın”.

Qürur hissi ilə söyləyə bilərik ki, Azərbaycan bu gün beynəlxalq aləmdə çox böyük hörmətə və nüfuza malik olan bir ölkədir. Çünki Prezidentin rəhbərliyi altında həyata keçirilən və Azərbaycanı inkişafın pik həddinə çatdıran düzgün və məqsədyönlü siyasətimiz ədalət prinsipinə əsaslanaraq, xalqımızın maraqlarına xidmət edir.  

DİGƏR Xəbərlər Arxiv