YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu kadr siyasəti islahatlar kursunun mühüm tərkib hissəsidir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Görüşdə Prezident İlham Əliyev yeni icra başçılarından gözləntilərini açıq şəkildə ifadə edib. Bildirib ki, rayonlarda vəziyyət geniş təhlil olunmalı, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır.

Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, kadr siyasəti sahəsində də Prezident İlham Əliyevin uğurlu islahatlar aparması göz qabağındadır. Aparılan islahatlar göstərir ki, bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının nəticəsi olaraq mühüm işlər görülür, böyük infrastruktur layihələri icra olunur, əhalinin rifah vəziyyəti yaxşılaşdırılır. Rayonlarda əhalinin elektrik enerjisi ilə təmin olunması, yol infrastrukturunun yenidən qurulması, içməli su layihələri həyata keçirilir və müasir xəstəxanalar, tibb ocaqları, məktəblər tikilib əhalinin istifadəsinə verilir. Prezident İlham Əliyev haqlı olaraq vurğulayıb ki, infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz: “Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi, xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı, mənim göstərişimlə Lerikə qaz çəkildi, üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir, ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq”.

Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlarda, tapşırıq və tövsiyələrində yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi, aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi günün ən vacib, aktual vəzifəsi kimi qarşıya qoyulub. Yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin daim diqqət mərkəzində olan məsələlərdəndir.

DİGƏR Xəbərlər Arxiv