YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Türkiyədə “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisində təmsil olunacaq

Mayın 5-də Türkiyədə “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisi açılacaq.

Türkiyə Milli Müdafiə Nazirliyinin dəstəyi, Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun idarəçiliyi ilə keçiriləcək sərgiyə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyətinin iştirakı gözlənilir.

Beynəlxalq sərgidə MSN-in müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdiriləcək.

Mayın 8-dək davam edəcək sərgidə 46 ölkənin təmsil olunması nəzərdə tutulur.