YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ədəbi dilinin saflığına daim diqqət göstərilir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri  

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.  Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.  Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Müstəqilliyimizin bərpasında sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, social-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirliməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili il bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın imzalanması isə dilimizin inkişafı və təqdimatı üçün daha geniş imkanlar yaratdı. Belə ki, hər il 1 avqust tarixi ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. 2001-ci ildən başlayaraq hər il bu tarixi günün qeyd olunması Azərbaycan dilinin qorunması istiqamətində atılan addımların hesabatının təqdimatında mühüm rol oynayır. Eyni zamanda, bu bayram günündə ötən dövrün nəticələri əsasında qarşıda illərin prioritetləri müyyənləşdirilir, görüləcək işlərin anonsu verilir. Dilimiz milli sərvətimizdir. Onun yad təsirlərdən qorunması və inkişaf etdirilməsi, tətbiqi sahəsinin genişləndirilməsi daim qarşıda dayanan vəzifələr sırasındadır. Dil ünsiyyət vasitəsi olaraq dövlətləri, xalqları biri-birinə yaxınlaşdırır. 

Ümummilli Lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımlara diqqət yetirdikdə bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan dilinin saflığının qorunması, dilimizin dünya dil qrupları arasında mövqeyinin möhkəmləndirilməsi daim əsas məsələ kimi öndə olub və bu istiqamətdə görülən işlər davamlılığı ilə diqqət çəkir.

Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq gənclərlə görüşlərində milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalarını, dövlət maraqlarını hər şeydən üstün tutmalarını qarşıya mühüm vəzifə kimi qoyur. Bildirir ki, gənclərimiz tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi yaxşı öyrənməli, təbliğatına öz töhfələrini verməlidirlər. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən gənclərin xarici ölkələrdə təhsilinə dair Dövlət proqramında da əsas məqsədlərdən biri milli-mənəvi dəyərlərimizin, dilimizin, tariximizin təbliğinə gənclərimizin töhfələrini artırmaqdır. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, Azərbaycan reallıqlarının təbliğatçıları kimi çıxış edirlər. 

Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası dilimizin saflığının qorunmasına böyük töhfələr verir. Təbii ki, hər bir sənədin uğurlu icrası zamanın tələbinə uyğun olaraq yeni təkmilləşmənin həyata keçirlməsi üçün növbəti Fərman və Sərəncamın imzalanmasını zərurətə çevirir. Artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu Qələbəmiz bütün sahələrdə təkmilləşmələrə, yeni sənədlərin imzalanmasına yol açır.

Qısa təhlil əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağıran ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi özünü tarixi Zəfərimizdə nümayiş etdirdi.  Qələbimizi şərtləndirən amillər sırasında birliyimiz, həmrəylimiz əsas yer tutdu. Bütün dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan milli sərvətimizi - dilimizi qoruyaq, inkişafına davamlı töhfələr verək.