YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət proqramlarının uğurlu icrası regionların inkişafında mühüm rol oynayır

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu dövrdə qeyri-neft sektorunun inkişafı, o cümlədən regionların sosial-iqtisadi tərəqqisi də məmnunluq doğurur. Hər bir vətəndaşımız bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişdiyinin, müasirləşdiyinin, yeni iş yerlərinin açıldığının şahididir. Xüsusilə, bir sıra bölgələrdə son illər turizm imkanlarının genişləndirilməsi də iqtisadiyyatımızın güclənməsinə öz töhfələrini verir. Bütün bu proseslər Prezident İlham Əliyevin rəhbərliyi əsasında baş verir.

Prezident İlham Əliyevin siyasətində vətəndaş amili ön sırada dayanır. Xalqın arasında olmaq, onlarla söhbətlər aparmaq, problemlərini öyrənmək, onun aradan qaldırılması istiqamətində addımlar atmaq, vətəndaş məmnunluğunu təmin etmək kimi məsələləri dövlət başçısı məmurlar qarşısında əsas vəzifə kimi qoyur. Hər dəfə biz şahid oluruq ki, Prezident regionlara səfər edərkən sakinlərlə görüşür, onlarla söhbətləşir, qayğıları ilə maraqlanır, üzləşdikləri problemləri şəxsən onların dilindən dinləyir və qaldırılan məsələlərin həlli üçün göstərişlər verir. Bu, bir daha təsdiqləyir ki, dövlətimiz və onun rəhbəri hər zaman öz xalqının yanındadır, onun sosial vəziyyətinin daha da yaxşılaşdırılması, rifah halının yüksəldilməsi naminə durmadan çalışır. İyulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edərkən regionlarda görülən işlər barədə ətraflı fikirlərini bildirdi. Məlumdur ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində işlər sürətlə və uğurla davam etdirilir. Qeyri-neft sektorunun ardıcıl olaraq inkişafı, kommunal xidmətlərin keyfiyyət göstəricilərinin artırılması, iri sosial infrastruktur layihələrinin icrası effektli şəkildə təmin edilir, yeni müəssisələr və iş yerləri açılır. Bu da regionlarda sakinlərin məşğulluğunun artırılmasına, sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. İnfrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində Prezident şəxsən özü iştirak edir, istehsal müəssisələri ilə tanış olur, ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşlər keçirir. Görürük ki, işğaldan azad edilmiş ərazilərimizlə paralel olaraq digər regionlarımızda da nəzərdə tutulan proqram və layihələr uğurla icra olunmaqdadır.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Uğurla icra edilən proqramlar çərçivəsində 3 mindən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir, görülən işlər də göz qabağındadır.

Dövlətimizin başçısı qəbul zamanı sosial ədalət amilini xüsusi vurğulayıb: “Sosial ədalət prinsipinə əməl edilməlidir. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi”.

Prezident İlham Əliyevin yerli məmulara tövsiyə və tapşırıqlarından biri də şəhid ailələri və qazilərə qayğı göstərilməsi ilə bağlı oldu. Çünki uzun illər işğal altında qalan torpaqlarımıza məhz bu qəhrəmanlarımızın şücaəti sayəsində nail olmuşuq.  Bütövlükdə, Azərbaycanın dövlət siaysətinin əsasında vətəndaş amili dayanır. Bu siyasətin uğurları davamlı olaraq artır!