YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Qaralov yenidən beş il müddətə baş prokuror vəzifəsinə təsdiqlənib

Milli Məclisin plenar iclasında baş prokurorun səlahiyyət müddətinin bitməsi və yenidən təsdiq olunması ilə bağlı sənədə baxılıb.

Sənəd haqqında məlumat verən parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti beş il müddətə bu vəzifəyə təyin edilməsinin təklif olunduğunu bildirib.

Əli Hüseynli Zakir Qaralovun fəaliyyəti barədə məlumat verib.

Sonra Z. Qaralov növbəti beş illiyə baş prokuror vəzifəsinə təsdiq edilib.

İclasda iştirak edən Z. Qaralov etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, bu etimadı bundan sonra da yüksək səviyyədə doğrultmağa çalışacağını söyləyib.