YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Goranboy rayonunda seçicilərlə görüşüb

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində seçicilərlə görüşüb. Seçici qəbulunda  rayon ağsaqqalları və ziyalıları, kənd sakinləri iştirak edib.

Qəbuldan öncə Anar Məmmədov Yəhərçi Qazaxlar kəndində Şəhidlər Xatirə Kompleksini ziyarət edib, əziz şəhidlərimizin xatirəsini ehtiramla yad edib. Daha sonra Yəhərçi Qazaxlar kənd şəhidi Laçın Alıyevin evində vətəndaşlarla görüş keçirilib.

Qəbula gələn sakinlər içməli su təminatı və digər problemlərlə bağlı müraciətlər ediblər. Onların müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib,  Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, bəzi müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidiriblər.