YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli birliyi təmin edən müstəsna amil

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Azərbaycan dövləti daim milli mənəvi sərvətlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Ölkə başçısı ana dilimizə hər zaman böyük sevgi bəsləyib, onun zənginləşməsinə xüsusi önəm verib. Azərbaycan xalqı öz doğma dilini qoruyub saxlamış, inkişaf etdirmiş və bu günkü səviyyəsinə gətirib çıxarmışdır. Xüsusilə, SSRİ dövründə təbliğ olunan vahid xalq, vahid dil siyasi-ideoloji konsepsiyası bütün müttəfiq respublikalarda milli dillərin, o cümlədən də Azərbaycan dilinin tədricən öz nüfuzunu itirməsi, ictimai-siyasi həyatın bütün sahələrində sıxışdırılması, dövlət dili kimi mövcud olmaq imkanlarının tamamilə aradan qaldırılması təhlükəsiylə üz-üzə qoydu. Lakin 1969-cu ildə Azərbaycan Respublikasında rəhbərliyə ümummilli lider Heydər Əliyevin gəlməsi ilə milli-mədəni irsimizin, doğma dilimizin qorunması mümkün oldu. Ulu öndər Heydər Əliyevin fəal və ardıcıl şəkildə həyata keçirdiyi və ana dilimizin qorunmasına, inkişafına, statusunun yüksəlməsinə hesablanmış siyasəti qısa bir zamanda öz bəhrəsini verdi və Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Məhz Ulu Öndərin bu fəaliyyətiylə Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi.

Ana dilimizin inkişafı baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən bu hadisə Ümummilli liderimizin Azərbaycan xalqı qarşısında olan müstəsna xidmətlərindən sadəcə biri idi. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ana dilimizin qorunması məsələsində də Heydər Əliyev siyasi kursuna sadiqlik özünü tam dolğunluğu ilə göstərməkdədir. Hazırda ana dili əsas faktor kimi bütün Azərbaycan vətəndaşlarını birləşdirən, milli birliyi təmin edən müstəsna amillərdən birincisidir.

DİGƏR Xəbərlər Arxiv