YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri şəhidinin doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, şəhid ailələri, döyüş yoldaşları, A.Qaramanlı kənd ərazi partiya təşkilatının fəalları, din xadimləri Aprel döyüşləri zamanı şəhid olmuş Səfərov Elimdar Səlimxan oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Daha sonra şəhidin ailəsi ziyarət olunub, qayğıları ilə maraqlanılıb, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv