YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü Azərbaycan naminə

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir çox mühüm tövsiyə və tapşırıqlar verdi, xüsusi yol xətirəsi cızdı.

Qəbul zamanı bir daha vurğulandı ki, hər bir dövlət məmuru vəzifənin yüksək etimad və məsuliyyət olduğunu unutmamalıdır. Hər bir dövlət məmuru öz vəzifəsinə yüksək məsuliyyətlə və diqqətlə yanaşmalıdır. Xalqın yanında olmalı, diqqət göstərməli, problemləri ilə maraqlanmalı, şəhid ailələrinə xüsusi diqqət və həssaslıqla yanaşmalı, rüşvətxorluğa qarşı amansız mübarizə aparmalı, kadr seçiminə çox diqqətlə yanaşmalıdırlar. Bunlar çox önəmli məsələlərdir.

Tövsiyə və tapşırıqlara tam əməl etməyənlər, əyri yola düşənlər, rüşvətə qurşananlar isə ən sərt şəkildə cəzalandırılacaqlar. Təəssüflə qeyd etmək lazımdır ki, əvvəlki dövrdə bir sıra icra başçıları onlara göstərilən etimadı doğrultmadılar və nəticədə həbs olundular. Prezident İlham Əliyevin bu məsələlərə yanaşması prinsipial və qətiyyətlidir. Ona görə hər kəs həmin hadisələrdən çox ciddi nəticə çıxarmalıdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə bütün sahələrdə ciddi islahatlar həyata keçirilir, kadr məslələrinə yenidən baxılır, təmizləmə işləri aparılır. Bütün məmurlar bu prosesə töhfə verməyə çalışmalıdırlar. Güclü və müstəqil Azərbaycan naminə hər kəs səfərbər olmalıdır. Zaman, dünyada baş verən hadisələr bizdən bunu tələb edir.