YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mənəvi dəyərləri yaşadan amil

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Ömrünün böyük bir hissəsini xalqa və vətənə həsr edən Ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi və güclü iradəsi sayəsində milli mənsubiyyətimizin əsaslarından birini təşkil edən ana dilimiz qorunub saxlanılmış və inkişaf etdirilmişdir. Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”

Hələ Sovetlər dönəmində Azərbaycana rəhbərlik edən Ulu öndər Heydər Əliyev öz siyasi qətiyyəti sayəsində Ana dilimizi məhv olmaq təhlükəsindən qurtardı. Bildiyimiz kimi, 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət  dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamanki nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qalmasının canlı şahidləridir. Məhz Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu və bütün sahələrdə olduğu kimi elm və mədəniyyət sahəsində də mühüm nailiyyətlər əldə olundu. Bütün sahələrdə olduğu kimi ana dilimizin və ədəbiyyatımızın qorunub saxlanılmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır.

Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. 

Bu gün müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev ideyaları ilə yaşayır və bu ideyalar Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.