YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində gənclərin sülh naminə səylərini birləşdirir

Ərəb mətbuatında Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Gənclər Sammiti haqqında məqalələr dərc olunub.

Misir, Əlcəzair və İordaniyanın rəsmi agentlikləri və portallarında yayımlanan materiallarda Hərəkata sədrlik edən Azərbaycanın gənclərin sülh naminə səylərini birləşdirdiyi vurğulanıb.

Əlcəzairin rəsmi APS agentliyi və “Əl Hərir” portallarında QH-nin Gənclər Sammitinin yüksək səviyyədə təşkil olunduğu diqqətə çatdırılıb. Xəbərlərdə qeyd olunub ki, tədbirdə iştirak edən Əlcəzairin Ali Gənclər Şurasının prezidenti Mustafa Haldaui öz çıxışında gənclərin sülh və təhlükəsizlik naminə tərəfdaşlığının əhəmiyyətini vurğulayıb, Prezident Əbdülməcid Tebbunun gənclərin cəmiyyət həyatının müxtəlif sahələrində daha fəal iştirakı ilə bağlı fəaliyyətindən bəhs edib. O, həmçinin Azərbaycanın QH çərçivəsində Gənclər Sammitinin keçirilməsi təşəbbüsünü alqışlayıb.

İordaniyanın rəsmi Petra agentliyi, “Mobtada”, “Əs Sabil” portalları və Misirin “Əl Əhram” qəzetində İordaniya nümayəndəsi Baha Qudahın çıxışı ilə bağlı materiallar yayımlanıb. Yazılarda qeyd olunub ki, iordaniyalı gənc Azərbaycanın sədrliyi ilə QH çərçivəsində gənclərin həmrəyliyinin önəmini vurğulayıb, İordaniya şahzadəsi Hüseyn bin Abdullanın liderliyi ilə öz ölkəsində aparılan gənclər siyasətindən bəhs edib.