YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rauf Həsənovun xatirəsi yad edilib

Masallı rayonunda Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Həsənov Sübhan Rauf oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.

Ziyarətçilər daha sonra şəhidin ailəsinə baş çəkiblər.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev şəhidin ailəsinə başsağlığı verərək dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.