YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda şəhidlərin doğum günündə xatirələri anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qax rayon bölməsinin əməkdaşları və ictimaiyyət nümayəndələri II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Musayev Sahib Musa oğlunun və Abbasov Nihad Mövlüd oğlunun doğum günü ilə əlaqədar məzarlarını ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər.

Şəhid valideynləri göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.