YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Feyruz Tarverdiyevin doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid anası Simuzər Bağıyeva, rayon təşkilatının əməkdaşları Vətən  müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına şəhid olmuş Tarverdiyev Feyruz İslam oğlunun doğum günü ilə əlaqədar şəhidin rayonun Sığırlı kəndində yerləşən məzarını ziyarət edərək, məzarı üzərinə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar. YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir, bugünkü Qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq Zəfərimizin qazanılması ilə nəticələndi.

Tədbirdə çıxış edənlər şəhid Tarverdiyev Feyruz İslam oğlunun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən söhbət açıblar.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün şəhid Feyruz Tarverdiyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.  

DİGƏR Xəbərlər Arxiv