YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədidə ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov H.Ağamalıyev küçəsi 5 ünvanlı ərazi partiya təşkilatının üzvləri ilə görüşüb.

Vüsar İsmayılov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, dövlətimizin bütün sahələrdə davamlı və dayanıqlı inkişafını təmin edən siyasi strategiyadan bəhs edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki tarixi qələbəmiz barədə fikirlərini qeyd edərək ordumuz tərəfindən işğal altındakı torpaqlarımızın azad edilməsini misli görünməmiş qəhrəmanlıq salnaməsi adlandırıb. Ordumuzun vətənpərvərliyinin və peşəkarlığının əsl nümunə olduğunu söyləyib.

Vüsar İsmayılov partiyanın ötən ilin mart ayının 5-də keçirilən VII qurultayında qəbul edilən qərarlara toxunub, ölkəmizdə həyata keçirilən islahatlara paralel olaraq partiya daxilində aparılan uğurlu islahatlardan danışıb. Rayon təşkilatının sədri çıxışının sonunda rayon təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışaraq, ərazi partiya təşkilatının üzvlərinə tövsiyələrini verib.

Görüşdə ərazi partiya təşkilatının sədri, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, ərazi partiya təşkilatının üzvləri Leyli Tahirova, Səadət Abbasova və başqaları çıxış edərək təşkilatın fəaliyyəti və keçirilən görüşlər barədə məlumat verib, fikirlərini və təkliflərini bölüşüblər.