YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr edilən tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə partiya fəalları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı YAP-ın yaradılmasından, Ümummilli Liderin dövlətimizin qorunub saxlanılması və daha da qüdrətlənməsi istiqamətində gördüyü işlərdən, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətindən söhbət açıb.

Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov məruzə ilə çıxış edib. Qeyd olunub ki, rayon təşkilatı 1993-cü il 25 iyul tarixdə yaradılıb. Məruzəçi YAP-ın yaradılma tarixindən, onun keçdiyi yoldan, ötən illər ərzində Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilməsindən danışıb.

Qeyd olunub ki, YAP Tərtər rayon təşkilatı yarandığı vaxt özündə 23 ilk ərazi partiya təşkilatını birləşdirib, cəmi 375 nəfər üzvü olub. Bu gün isə rayon təşkilatının 78 ərazi partiya təşkilatı özündə 6802 nəfər üzvü birləşdirir. Partiya üzvlərinin 55 faizi qadınlar, 45 faizi kişilər, 1151 nəfəri isə gənclərdir. 2022-ci ilin 6 ayı ərzində 122 nəfər partiya sıralarına qəbul olunub ki, onların da 80 nəfəri gənclərdir.

Sonra məruzə ətrafında çıxışlar olub. Tərtər şəhər İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndə Sahib Həsənov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova, Mədəniyyət ərazi partiya təşkilatının sədri Reyhan İsmayılova, partiya veteranları Kərrar Bayramov, Zakir Bağırov, Məhəbbət Məmmədov çıxış edərək fikirlərini bildiriblər.

Tədbirdə bir qrup partiya üzvü Rayon İcra Hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.