YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorundumu”na, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Hikmət Babaoğlu, YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Aydın Hüseynov və rayon təşkilatının üzvləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində imzalanan anlaşma memorundumunun əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycan – Avropa İttifaqı qarşılıqlı əməkdaşlığının kifayət qədər uğurlu tarixi var. Bu günədək Azərbaycanın reallaşdırdığı bütün enerji layihələri Avropa İttifaqı və tərəfdaş ölkələr tərəfindən dəstəklənib. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində qarşılıqlı etimada və inama söykənən əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir. Bu əməkdaşlığın gələcək perspektivləri daha da aydın görünür və əməkdaşlıq əlaqələrinin digər bütün saəhələrdə də uğurla inkişafına önəmli töhfələr verib.

YAP İdarə Heyətinin üzvü, millət vəkili  Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Avropa ölkələri üçün enerji təhlükəsizliyi gündəlikdə dayanan əsas məsələlərdəndir. Çünki enerji təhlükəsizliyi dünyanın nizamını dəyişə bilən, iqtisadi və siyasi sabitlikdə, güc reallığında mühüm amildir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Bir neçə gün öncə imzalanmış məlum saziş Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə inkişaf edərək yeni mərhələyə qədəm qoymasından xəbər verir.

YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Aydın Hüseynov Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının mühüm iqtisadi hadisə olmaqla Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı olduğunu söyləyib. Bunun ölkəmizin qlobal enerji təchizatçısı kimi Avropa və dünya miqyasında etibarlı tərəfdaş olduğunu, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın dünya birliyi üçün enerji və iqtisadi güc mənbəyi olmasını nümayiş etdirib. Avropanın enerji təhlükəsizliyində Azərbaycan daha fəal rol alır və Cənub Qaz Dəhlizinin ixrac potensialının artırılması gündəmdədir.

Daha sonra tədbirdə gənclərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.