YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniyanın sabiq Prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Albaniyanın sabiq Prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub.

Mərkəzdən bildirilib ki, sabiq Prezident hər il Bakıda keçirilən Qlobal Bakı Forumunu və Mərkəzin təşkil etdiyi digər ali səviyyəli toplantıları hazırkı və keçmiş dövlət və hökumət başçıları üçün öz təcrübələrini bölüşmələri üçün önəmli platforma kimi qiymətləndirib.

İlir Meta 2017-2022-ci illərdə Albaniya Prezidenti, bundan əvvəl 1999-2002-ci illərdə Baş nazir, 2013-2017-ci illərdə isə parlamentin sədri olub. O, həmçinin Baş nazirin müavini, Avropa və xarici işlər naziri, o cümlədən iqtisadiyyat, ticarət və energetika naziri vəzifələrində çalışıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə yaradılıb və hazırda Mərkəz üzvü olan keçmiş prezidentlərin, Baş nazirlərin və nazirlərin sayına görə dünyada fəaliyyət göstərən ən böyük təşkilatlardandır. Mərkəzin üzvləri sırasında Vayra Vike-Freyberqa, Kolinda Qrabar-Kitaroviç, Viktor Yuşşenko, Aleksandr Kvasnevski, Qordon Braun, Helen Klark, Boris Tadiç, Binəli Yıldırım, Giorgi Marqvelaşvili, Amre Musa, Tzipi Livni kimi dünyanın tanınmış siyasətçiləri daxildir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov bildirib ki, Mərkəz hazırda dünyanı narahat edən məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib. Fəaliyyətdə olduğu 10 il ərzində Mərkəz tərəfindən Bolqarıstan, Çin, Misir, Fransa, Yunanıstan, İtaliya, İsrail, İordaniya, Latviya, Moldova, Polşa, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ kimi ölkələrdə ali səviyyəli toplantılar təşkil edilib.