YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Matyö Gider: Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycan və Aİ arasında siyasi əlaqələri gücləndirməyə geniş imkanlar yaradır

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Azərbaycanın dövlət başçısının siyasi və müdrik səylərinin nəticəsidir.

Tərəflər arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu keyfiyyət və kəmiyyət baxımından çox vacibdir. Çünki bu Memorandumla Aİ göstərir ki, Azərbaycandan idxalı iki dəfə artırmağı nəzərdə tutur. Həmçinin, Ukrayna müharibəsi ilə üzləşən Avropanın çox həssas dövründə bu Memorandum Azərbaycan və Aİ arasında siyasi əlaqələri gücləndirməyə geniş imkanlar yaradır.

Bu fikirləri fransız akademiki, Paris Universitetinin geosiyasət üzrə professoru Matyö Gider (Mathieu Guidere) deyib.

Bildirib ki, bu Anlaşma Memorandumu Aİ üçün çox vacibdir, çünki onu təbii qaz asılılığından qurtarır və enerji təchizatı təhlükəsizliyini təmin edir. Azərbaycan üçündə vacibdir, çünki o, Bakının Aİ-nin strateji dairəsinə daxil edir və onu Avropa ölkələri ilə uzunmüddətli iqtisadi əlaqələrə cəlb edir.

“Avropa İttifaqı üçün fayda hər şeydən əvvəl siyasidir. Etibarlı tərəfdaşların olmaması səbəbindən indiyə qədər gücsüz olduğu halda ona siyasətini həyata keçirmək üçün imkan verir. Digər tərəfdən, Azərbaycan üçün fayda hər şeydən əvvəl iqtisadidir, çünki bu, əlavə gəlir əldə etməyə və eyni zamanda hazırda Aİ-ni təbii qazla təmin etməyə imkan verən Cənub Qaz Dəhlizi qaz kəmərinin rolunu gücləndirməyə imkan verəcək. Bu Memorandum Azərbaycanı Avropa ilə daimi birləşdirəcək yeni strateji investisiyalar üçün bir fürsətdir”,-deyə fransız akademik, geosiyasi xadim M. Gider vurğulayıb.

Qeyd edib ki, Memorandumun imzalanması tərəflər arasında enerji sahəsində möhkəm əməkdaşlıq üçün zəmindir. Azərbaycan Aİ-nin neft və qaz təchizatçısı olmaqla bərabər, onun etibarlı strateji tərəfdaşına çevrilir.