YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Bu gün Böyük Qayıdışın ilk qədəmləri qoyulur

Azərbaycanın işğal altında olan torpaqları 30 ildən sonra Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində azadlığa qovuşdu. Biz buna görə Müzəffər Ali Baş Komandana, Ordumuza, hərbçilərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Bu gün onların sayəsində vətəndaşlarımız öz yurdlarına qayıdırlar.

Bunu Ağalı sakinlərini yolasalma tədbirində jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O qeyd edib ki, bu gün Böyük Qayıdışın ilk qədəmləri qoyulur. Azərbaycanda ilk dəfə "ağıllı kənd" konsepsiyası həyata keçirilib. Müasir standartlara cavab verən evlərdə insanların rahatlığı üçün hər bir şərait yaradılıb.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə irimiqyaslı infrastruktur layihələri davam etdirilir, böyük quruculuq işləri gedir.

DİGƏR Xəbərlər Arxiv