YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan davamlı inkişaf tempini qoruyub saxlayır

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

15 iyul 2022-ci il tarixində keçirilən birinci yarımilin yekununa həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. Prezident qeyd etdi ki, müsbət inkişaf tendensiyası davam etdirilib, bütün sahələrdə qarşıya qoyulan məqsədlərə nail olunub. Dünyada gedən qlobal dəyişikliklərə, hərbi konfrantasiyalara və beynəlxalq miqyaslı qarşıdurmaların yaratdığı fəsadlara baxmayaraq, Azərbaycan davamlı inkişaf tempini qoruyub saxlayır. Böyük maliyyə imkanları əldə edib, beynəlxalq əlaqələrimiz daha da genişlənib.  İstər daxili, istərsə də xarici siyasətdə əldə olunmuş uğurlar düzgün və ardıcıl siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev digər məsələlərlə yanaşı, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın  icrası ilə bağlı vəziyyətə də aydınlıq gətirdi. O qeyd etdi ki, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanat Ermənistanın kapituliyasiya aktıdır və sənədi imzalayan tərəflər öz üzərlərinə müəyyən öhdəliklər götürmüşdür. Azərbaycan həmişə olduğu kimi bu Bəyanatdan irəli gələn vəzifələrin icrasını təmin etmişdir. Lakin Ermənistan Bəyanatın icrası ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Ermənistanın silahlı dəstələrinin Qarabağ ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılması kimi mühüm bəndlərin icrası istiqamətində, demək olar ki, heç bir əməli iş görülməmişdir.