YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhid Hüseyn Qasımovun doğum günü qeyd olunub

Cəlilabad rayonunda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhid Qasımov Hüseyn Həsənxan oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, təşkilat nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir iştirakçıları şəhidin ailəsinə də baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.