YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Aparatının birinci müavini Vəzir Səfixanov Qurban bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən müharibəsinin şəhid ailələrini ziyarət ediblər.

Şəhid ailələri ilə görüş zamanı YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov sosial ədalət və Tanrıya sonsuz inam rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə onları təbrik edərək, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində parlaq qələbənin qazanılmasını xüsusi vurğulayaraq bildirib ki, müqəddəs savaşda tarixi Qələbə, şübhəsiz, ilk növbədə bu yolda canından-qanından keçən, hər addımında bütün varlığı ilə doğma torpağına bağlı olduğunu sübut edən igid Azərbaycan əsgərinin şücaəti hesabına əldə olunub. Şəhid ailələri və qazilərimiz daim diqqət və qayğı ilə əhatə olunmalıdır və həmişə belə olacaqdır.

Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Aparatının birinci müavini Vəzir Səfixanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq göstərişlərinə əsasən aidiyyəti dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə mütəmadi olaraq yaxından maraqlanırlar. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bütün ölkə ictimaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən şəhid ailəsinə Qurban bayramı münasibətilə bayram sovqatı təqdim edilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.