YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhid ailələrinə bayram sovqatları paylanılıb

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova, Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şəbəsinin müdri Rahib Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, DQHK-nin Lerik rayon komitəsinin sədri Ələkbər Salayev Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib, onlara bayram sovqatları təqdim ediblər.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.