YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycan nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistana ən yüksək səviyyədə sülh müqaviləsi üzərində işləmək təklifi edib. Bu, siyasi iradə və gələcəyə baxış tələb edir. Azərbaycan bu istiqamətdə əməli addımlar atıb. Eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsini, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə keçirilən "Diplomatiya həftəsi"nin açılış mərasimində çıxışı zamanı deyib.

“Biz "Diplomatiya həftəsi" çərçivəsində ən vacib istiqamətlərdən biri olan 30 illik işğal və müharibə dövrlərində baş vermiş cinayətlər barədə açıq şəkildə danışmalıyıq. Düzdür biz sülhsevər dövlətik, xalqıq, gələcəyə baxırıq, amma bu, o demək deyil ki, biz keçmişi unutmalı və ondan dərs çıxarmamalıyıq", - deyə Ceyhun Bayramov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv