YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmlərdə ölkəmiz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Beynəlxalq müstəvidə böyük nüfuz və söz sahibi olan ölkələrdən birinə çevrilmişdir.

Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, eyni zamanda ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib və yeni reallıqlar yaratmışdır. Ölkəmizin siyasi, iqtisadi potensialı Azərbaycanın regionda etibarlı tərəfdaş olmasına böyük zəmin yaratmışdır. 

Ümumiyyətlə Azərbaycan həm region, həm də digər xarici dövlətlərlə sıx əməkdaşlıq əlaqələrinə malik bir dövlətdir.

Məlum olduğu kimi iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlamışdır və konfransda ölkə Prezidenti cənab İlham Əliyev geniş məzmunlu nitq söyləmişdir.

Qeyd etmək lazımdır ki, “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılmışdılar.

Qoşulmama Hərəkatına üzv olduğu müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində burada böyük nüfuz və etimad qazanmışdır. 2011-ci ildən üzvü olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmlərdə isə ölkəmiz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransıda çıxış edən Dövlət başçısı cənab İlham Əliyev Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirildiyini bildirərək  Qoşulmama Hərəkatının  BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu bildirmişdir. Ölkə Prezidenti qeyd etmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür, ölkəmiz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmuş və dövlətimiz ilk günlərindən bəri həmrəylik və qarşılıqlı dəstək prinsiplərinə  töhfələrini verməyə çalışmışdır.

Bəli, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə dünyanı cənginə almış Pandemiya ilə mübarizədə digər üzv ölkələrlə həmrəylik göstərmiş və obyektiv mövqe sərgiləyərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.