YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatında partiya üzvləri ilə görüşü keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə, ev 100 ünvanlı ərazi partiya təşkilatında rayon təşkilatının sədri Vüsar İsmayılovun partiya üzvləri ilə görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri, Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova təşkilatın fəaliyyəti və üzvlərin tərkibi barədə ətraflı məlumat verdi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs etdi. Partiya üzvlərinin bundan sonra uğurlu fəaliyyəti istiqamətində səylə çalışacaqlarını bildirdi.

Görüşdə geniş nitq söyləyən YAP Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiya üzvlərini salamlayaraq onları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik etdi. Vüsar İsmayılov çıxışında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə davamlı və dayanıqlı inkişafa nail olduğunu bildirdi. Məhz bu uğurlu iqtisadi, siyasi, diplomatik fəaliyyətin və ordu quruculuğunun nəticəsində 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığımızı, işğalçıları məhv edərək torpaqlarımızı azad etdiyimizi diqqətə çatdırdı. İndi işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri sürətlə davam etdirilir, torpaqlarımız əvvəlki görkəminə qaytarılır. Çıxışında partiyada aparılan islahatlara toxunan rayon təşkilatının sədri ötən ilin 5 mart tarixində keçirilmiş Qurultayda qəbul olunan qərarlar haqqında məlumat verdi. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlara paralel olaraq partiyanın da mühüm uğurlar qazandığını qeyd etdi. Rayon təşkilatının fəaliyyətindən və qarşıdan duran vəzifələrdən söhbət açdı, partiya üzvlərini daha da fəal olmağa, partiya işində yaxından iştirak etməyə çağırdı.

Daha sonra görüşdə partiya üzvü, Xocasən qəsəbəsi Ağsaqqallar Şurasının sədri Ağayar Məmmədov, partiya üzvü, Xocasən bələdiyyəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şakir Niftiyev, partiya üzvü, Xocasən bələdiyyəsinin üzvü Cəfər Xanəliyev çıxış edərək fikir və təkliflərini bölüşdülər. Partiyanın gələcək fəaliyyətində daha da fəal olacaqlarını və ictimai-siyasi proseslərdə yaxından iştirak edəcəklərini bildirdilər.

Görüşün sonunda fikir mübadiləsi aparıldı, partiya üzvlərinin sualları cavablandırıldı. Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmiş bir qrup gəncin müraciətinə baxıldı.

DİGƏR Xəbərlər Arxiv