YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda Qurban bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub

Qurban bayramı ərəfəsində Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının nümayəndələri və partiya fəalları şəhid ailələrini ziyarət ediblər.

Görüş zamanı YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov 44 günlük Vətən müharibəsindən, qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğullarımızın Vətən qarşısında şücaətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Şəhid ailələri ölkəmizdə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.