YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti yüksələn xətlə inkişaf edir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri                  

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransıda cənab İlham Əliyev çıxış edib və bir sıra mühüm məsələlərlə bağlı açıqlamalar verib.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı  hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmiş və Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti yüksələn xətlə inkişaf etmişdir. Xüsusəndə bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə də Azərbaycan Prezidenti liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Məhz Cənab İlham Əliyevin  təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının koronaovirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçirildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyası çağırıldı, məhz Azərbaycan Prezidentinin çıxışlarında Avropada təzahür edən “peyvənd millətçiliyi” açıq-aşkar tənqid olundu və dünyanın inkişaf etmiş ölkələrinin üzərində digər ölkələrə dəstək vermək məsuliyyətinin olması rəsmən təsbit edildi. Əgər bu gün dünyada pandemiyaya qarşı  mübarizədə uğur əldə edilibsə, burada cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rolu böyükdür.

Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanıb. Məhz cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır. Buna görə də  dövlətimizin başçısının rəhbərliyi ilə reallaşan siyasət Azərbaycanın regional və beynəlxalq aləmdə mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarıb.

Göründüyü kimi, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və dəyərləndirilməsində zəngin mənbə, hakim rolunu oynayır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir.Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsinin qazanılmasında da əsas amillərdən oldu.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Heç kimdən, heç nədən qorxmadan dünyanın beynəlxalq tribunalarından haqq səsimizi ucaltmağı bacarırıq. Çünki bizim cənab İlham Əliyev kimi Ali Baş Komandanımız var.

DİGƏR Xəbərlər Arxiv