YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan obyektiv mövqe sərgiləməklə regionda etibarlı tərəfdaş olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

2011-ci ildən Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan fəaliyyəti dövründə müstəqil, obyektiv mövqe sərgiləməklə regionda və bölgədə etibarlı tərəfdaş olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu. Ümumiyyətlə bu gün Azərbaycan bir sıra beynəlxaq qurum və təşkilatların üzvü kimi ədalətli mövqeyi ilə seçilən bir ölkədir və kifayət qədər dünyada böyük nüfuz sahibidir.

Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.

Bu gün Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir.

Azərbaycan nüfuzlu ölkə kimi bir çox Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməkdədir. Belə tədbirlərdən biridə iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransıdır.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev konfrans iştirakçılarına dünya gündəmində olan aktual məsələlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi və Azərbaycanın dünyanın siyasi arenasında sərgilədiyi qərəzsiz, obyektiv mövqeyini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Məlum olduğu kimi ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi Pandemiya dönəminə təsədüf  etmişdir və bu çətin bir dönəmdə ölkəmiz üzərinə düşən öndəlik və vəzifələrin öhdəsindən layiqincə gəldi.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dönəmindən bəhs edən ölkə Prezidenti cənab İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatında sədrliyinin COVID-19 ilə üst-üstə düşdüyünü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkə olduğunu diqqətə çatdırdı.

Azərbaycan qüdrətli bir ölkədir və  eyni zamanda etibarlı tərəfdaşlıq prinsiplərinə sadiq bir dövlətdir.

DİGƏR Xəbərlər Arxiv