YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda şəhid Elşən Müslümovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidi çavuş Müslümov Elşən Habil oğlunun ailəsi ziyarət olunub.

Təşkilat nümayəndələri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, şəhidin övladına hədiyyələr təqdim ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev İkinci Qarabağ müharibəsində yüzlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.

Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Elşən Müslümov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.