YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ç.Bista: Xəzər dənizində yaranan vəziyyəti dəyişmək üçün Azərbaycana dəstək verməyə davam edəcəyik

Son illərdəki iqlim dəyişiklikləri Xəzər dənizinin hövzəsində daha həssas bir vəziyyət yaradıb. Xəzər dənizinin gələcək vəziyyəti üçün bu konfrans olduqca vacib xarakter daşıyır. Bu fikirləri Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista bildirib.

“Xəzər dənizində yaranan vəziyyətlə bağlı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ətraflı məlumat verdi. Konfransda dənizin gələcək taleyini dəyişmək üçün bir sıra planlar səsləndirilib. Qeyd etmək istəyirəm ki, Xəzər dənizi hövzəsində yaranan vəziyyəti dəyişmək üçün sonrakı mərhələlərdə də Azərbaycana dəstək verməyə davam edəcəyik”, deyə Ç.Bista bildirib.