YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüstəm Qasemi: İran tranzit sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırır

Hazırda Hindistandan yüklərin İran üzərindən Finlandiyaya çatdırılmasına 17-18 gün lazımdır. Yükdaşımanın Qırmızı dəniz vasitəsilə həyata keçirilməsi isə 1 aya qədər uzanır.

Bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib. O bildirib ki, hazırda Hindistandan Finlandiyaya daşınan yüklər İranın Fars körfəzindəki Şəhid Rəcayi limanına daxil olur. Buradan isə yük maşınları ilə Astaraya daşınaraq Azərbaycan Respublikasının dəmir yolları ilə Şimali Avropaya çatdırılır. Qəzvin-Rəşt-Astara dəmir yolunun Rəşt-Astara(İran)-Astara(Azərbaycan) hissəsi tikilib istifadəyə verildikdən sonra yüklər Şəhid Rəcayi limanından qatarla birbaşa Finlandiyaya daşınacaq.

Nazir bildirib ki, müasir dünyada tranzut yükdaşımaların əhəmiyyəti çox artıb. İran da buna uyğun olaraq addımlar atmalı və 162 kilometrlik Rəşt-Astara dəmir yolunun inşaasını başa çatdırmalıdır. Onun sözlərinə görə, İran hökuməti tranzit sahəsində qonşuları, xüsusilə Azərbaycanla əməkdaşlıq əlaqələrinin artırılması istiqamətində addımlar atır. Bu baxımdan İran Çabahar-Sərxs, Çabahar-Rəşt və Çabahar-Astara, eləcə də İnçə-Burun dəmir yollarının tikintisinə və təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Çabahar limanı İranın Hind okeanına çıxışı olan və böyük həcmdə yük aşırımına malik olan limanıdır. Bu gün Çabahar-Zahedan dəmir yolunun tikintisi davam edir. Bu yolun inşası başa çatdıqdan sonra Çabahar ilə Astara arasında dəmir yolu xətti yaranacaq ki, bu da Asiyadan yüklərin tranzit olaraq İran və Azərbaycan üzərindən Avropaya daşınmasına imkan yaradacaq. İranın çox böyük tranzit potensialı var. Avropa ilə Cənub-Şərqi Asiya və Fars körfəzi ölkələrinin nəqliyyat əlaqəsi İran üzərindən həyata keçirilərsə, büdcəyə valyuta axını təmin edilər.

Nəzərə çatdırmaq lazımdır ki, sanksiyaların tətbiqi dəmir yolları ilə əlaqədar bir sıra layihələrin həyata keçirilməsini ləngidir. Təsadüfi deyil ki, Rüstəm Qasemi Rəşt-Astara dəmir yolunun çəkilməsinin zəruri olduğunu bildirib.

Bundan başqa, rəsmi Tehran Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazısindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətlərinin yaradılmasında da maraqlıdır. Bu barədə imzalan saziş üzrə işlərin həyata keçirilməsinə başlanıb. Sazişə görə, Araz çayı üzərində 2 piyada dəmir yolu və avtomobillər üçün 4 körpü tikiləcək. Rüstəm Qaseminin sözlərinə görə, yaxın gələcəkdə ilk körpünün tikintisinə başlanılacaq və bu münasibətlə təməlqoyma mərasimi keçiriləcək.

DİGƏR Xəbərlər Arxiv