YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının kollektivinin Bülbülün anadan olmasının 125-ci ili münasibətilə Ev Muzeyinə ekskursiyası təşkil edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivinin və gənc fəallarının görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125-ci ili münasibətilə Bakıdakı ev muzeyinə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı iştirakçılara məlumat verildi ki, Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey 1976-cı ildə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb, 1982-ci ilin iyun ayının 10-da təntənəli açılışı olub. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb, yaradıb. Muzey 4 ekspozisiya otağında yerləşdirilib. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar, incəsənət əsərləri, şəxsi əşyaları və s. toplanıb.

Ekskursiyanın sonunda YAP Binəqədi rayon təşkilatının əməkdaşı Kubra Əliyarlı kollektivin adından xatirə kitabına ürək sözlərini yazıb.

İştirakçılar ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.