YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseyn Əmir Abdulllahian: İran və Azərbaycanın prezidentləri arasında konstruktiv dialoq yaranıb

Son 9 ay ərzində İran və Azərbaycanın prezidentləri iki dəfə görüşüblər. Prezident İlham Əliyevlə Prezident İbrahim Rəisi arasında olan bu görüşlər konstruktiv diskussiya mühitində keçirilib.

Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Tehranda jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Azərbaycan və İranın dövlət başçıları qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin perspektivləri barədə söhbət aparıblar, münasibətlərimizin inkişafının yeni mərhələsini nəzərdən keçiriblər.

Nazir qeyd edib ki, İran həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində atılan addımları dəstəkləyir. H.Ə.Abdullahian ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüyünü, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Tehranda birgə görüş keçirmək məsələsini razılaşdırdığını nəzərə çatdırıb. Onun sözlərinə görə, regionun hər 3 dövlətinin xarici işlər nazirləri yaxın günlərdə Tehranda üçtərəfli görüş keçirəcəklər. Bundan başqa, İran region dövlətləri ilə 3+3 formatında da əməkdaşlıq etməyə razıdır. İran Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyənin əməkdaşlığını təhlükəsizlik və iqtisadi inkişaf baxımından faydalı hesab edir.

İranın xarici işlər naziri bildirib ki, əməkdaşlıq əlaqələrini daha genişləndirmək üçün hər iki dövlətin böyük potensialı var. Bu potensialdan istifadə edib iqtisadi, siyasi və digər sahələrdəki əlaqələri inkişaf etdirmək günün tələbinə çevrilib.

DİGƏR Xəbərlər Arxiv