YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi ilə Venesuelanın “Somos Venesuela” Gənclər Siyasi Hərəkatı arasında görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Venesuela Bolivar Respublikasının “Somos Venesuela” Gənclər Siyasi Hərəkatının Baş Katibi, Gənclər üzrə Nümayəndəsi xanım Vanessa Monteronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Venesuela Bolivar Respublikasının “Somos Venesuela” Gənclər Siyasi Hərəkatının Baş Katibi, Gənclər üzrə Nümayəndəsi xanım Vanessa Montero təmsil etdiyi “Somos Venesuela” Gənclər Siyasi Hərəkatının faəliyyəti haqqında məlumat verib, qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfrasında təşkilatın sədr müavini seçildiyini diqqətə çatdıran V. Montero ona yüksək etimadın göstərildiyini qeyd edib. YAP Gənclər Birliyi və “Somos Venesuela” Gənclər Siyasi Hərəkatı arasında yeni əməkdaşlığın qurulmasının, qarşılıqlı səfərlərin, birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədr müavini seçilməyi münasibətilə Vanessa Monteronu təbrik edib. O, YAP Gənclər Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verib, qarşılıqlı münasibətlərin önəmini vurğulayıb. Bunun hər iki ölkənin hakim partiyalarının gənclər təşkilatları arasında təmasların inkişafı baxımından əhəmiyyətini qeyd edib. Həmçinin bildirilib ki, hər iki ölkənin gəncləri arasında münasibətlərin inkişafı üçün geniş perspektivlər var.

Görüşdə YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, Venesuela Milli Assambleyasının deputatı Juan Escalona və bu ölkənin Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran da iştirak ediblər.

DİGƏR Partiya xəbərləri Arxiv