YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda şəhid Rəhim Hüseynovun 38-ci doğum günü qeyd olunub

Düşmən üzərində Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan şəhid mayor Rəhim Qədir oğlu Hüseynovun 38-ci doğum günü qeyd olunub.

Anım tədbirində Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları İkinci Fəxri xiyabanda uyuyan şəhidin məzarını ziyarət edib, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzüblər.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə şəhid Rəhim Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

DİGƏR Xəbərlər Arxiv