YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər dənizi üzrə bağlanmış sazişlər region xalqlarının rifahının yüksəldilməsinə yönəlib

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Toplantıda Azərbaycan Prezident cənab İlham Əliyev çıxış edərək bildirdi ki, Xəzər dənizi üzrə görülən işlər, bağlanmış sazişlər region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Gələcək əməkdaşlığın daha da dərinləşməsi üçün qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa və təhlükəsizliyə üstünlük verilməli, xəzərin bioloji ehtiyatlarında səmərəli istifadə olunmalıdır. İlk növbədə tələb olunan odur ki, investisiya mühitinin yaxşılaşdırılmalı, etibarlı və təhlükəsiz kommunikasiyalar qurulmalıdır. Sahilyanı dövlətlər yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması kimi vəzifələri tezliklə həll etməlidirlər.

Azərbaycana gəlincə ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynamaqla bərabər, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə öz töhfəsini verir. Yeni Ələt Beynəxalq Dəniz Ticarət Limanının tikintisinin başa çatması bu marşrutun səmərəliliyini daha da artırmış, logistika imkanlarını genişləndirmişdir.

Ölkəmizin sahib olduğu tranzit potensialı və ondan istifadənin uğurla həyata keçirilməsi sahəsində yürüdülən siyasət qeyri-neft sektorunun da inkişafına ciddi təkan verir. Buna səbəb Azərbaycanın Şimal-Cənub, və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, əlverişli coğrafi mövqe vəhəyata keçirilən nəqliyyat infrastrukturu layihələri və proqramlarıdır.

Zəngəzur dəhlizinin reallaşması isə quru yolu üzrə tranzit yüklərin daşınması, habelə komunikasiya əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

VI Zirvə Toplantısında Prezident İlham Əliyevin dərin təhlilə və qarşılıqlı əməkdaşlığın prinsiplərinə sökənən çıxışı bir daha göstərdi ki, bu gün Azərbaycanın regional siyasətdə özünəməxsus yeri olmaqla yanaşı, bir çox sahələrdə aparıcı mövqeyə sahib olması reallıqdır. Azərbaycanın sərgilədiyi mövqe və həyata keçirilən layihələr həm regional, həm də qlobal tranzit yollarının, nəqliyyat dəhlizlərinin inkişafına, həm də Xəzər dənizinin bioloji ehtiyatlarının qorunamsına, ekoloji cəhətdən səmərəli istifadəsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə imkan verəcəkdir.