YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağıdılmış ərazilərimiz bərpa olunur

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Azərbaycan xalqı uzun illər davam edən mənasız danışıqlardan bezərək  gücünü ortaya qoydu və ədaləti bərpa etdi. Bununla xalqımız dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb.

Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız xalq qarşısında, Vətən qarşısında canlarından keçmişlər. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən bu gənclər bu tarixi qələbəni Azərbaycan xalqına öz canları və qanları hesabına bəxş etmişlər.

Həmin zamanlarda  Azərbaycanda və vətəndən kənarda  yaşayan soydaşlarımız, hamı  bir nöqtəyə vururdu. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi və dünya azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı.
Əsas odur ki azad edilmiş torpaqlarda bərpa işlərinə start verilib. Hazırda bir neçə rayonda sürətli tikinti, quruculuq işləri aparılır. Digər azad olunmuş rayonlarımızda minatəmizləmə işləri qurtardıqdan sonra orada da işlər aparılacaq.

Azərbaycan xalqı tamamilə dağılmış on min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Möhtərəm Prezidentimizin Kəlbəcər rayonuna səfəri zamanı  Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməlini  qoydu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər və sair bu kimi işlər həyata keçirilir.

Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz!
Ölkə rəhbərimiz çıxışlarının birində söyləmişdir ki, bütün bu nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz daxili imkanlar hesabına bərpa edirik. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra.

Qoy həmişə müdrik xalqımızın şanlı üçrəngli bayrağı bayraqlar arasında yüksəklərdə dalğalansın! Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Bizim dövlətimiz qalib dövlət kimi yaşayıb-yaratmağa davam edəcək.

DİGƏR Xəbərlər Arxiv